TAU-nun 7 tələbəsi Türkiyədə yay təcrübə proqramına göndərildi - FOTO

 15:45 17.08.2026     691

Türkiyə-Azərbaycan Universitetinin (TAU) 7 tələbəsi Türkiyədə istehsalat təcrübəsinə göndərilib.

TAU-dan Redaktor.az-a bildirilib ki, universitetin tədris proqramına əsasən, istehsalat təcrübəsi II kursun yay semestrində həyata keçirilir.

Akademik göstəriciləri və ümumi orta müvəffəqiyyət balı yüksək olan TAU-nun kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Aytac Hüseynli, Humay Harunova, Fərhad Səfərli, Həsənbəy Həmidov, İbrahim Bayramov, Coşqun Qasımlı və II kurs tələbəsi Tuncay Qafarlı hazırda Orta Doğu Texniki Universitetində (ODTÜ) yay təcrübə proqramında iştirak edirlər.

Qeyd edək ki, Tuncay Qafarlı eyni zamanda TÜBİTAK-ın layihələrindən birində də fəaliyyət göstərir.

Təcrübə proqramı çərçivəsində tələbələrin yol, yaşayış və digər xərcləri dövlət tərəfindən tam şəkildə maliyyələşdirilir.

 

2
Vumart və Güvən reklamı Vumart Güvən