Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi BAŞLAYIR
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi 27 avqustda başlayacaq.
Bu barədə Redaktor.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qəbulun II mərhələsinə 27 avqust tarixindən etibarən start veriləcək və müraciətlər 3 sentyabr tarixinədək davam edəcək.
Müraciətlər portal.edu.az üzərindən elektron qaydada həyata keçiriləcək.













