Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat BAŞLAYIR

 11:23 23.08.2026     1018

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır.

Redaktor.az xəbər verir ki, 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək miq.edu.az/muavin keçidi vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra onlar müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibəyə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsində iddiaçılar aşağıdakı bacarıqlar üzrə qiymətləndiriləcəklər:

 Liderlik və strateji idarəetmə

 Pedaqoji və tədris

 İdarəçilik və təşkilatçılıq

 Ünsiyyət və əlaqə

 Problemlərin həlli və qərarvermə

 Rəqəmsal və texnoloji

 Sosial və emosional bacarıqlar

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

 

Vumart və Güvən reklamı Vumart Güvən