İmtahan cavabları bu gün elan olunacaq? - AÇIQLAMA

 15:35 24.08.2026     1100

"Cavabların bu gün elan olunması məsələsi Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanacaq. Hazırda Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, nəticələr hazır olan kimi elan olunacaq, amma dəqiq tarix bəlli deyil. Çünki bu, sistemlə, avtomatlaşdırma sistemi ilə bağlı olan bir prosesdir".

Bu fikirləri Redaktor.az-a imtahan nəticələrinin elan olunması ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirdi.

Ekspert nəzərə çatdırdı ki, cavablar açıqlanandan sonra ən çox məyus olacaq abituriyentlər əsasən III qrup üzrə imtahan verənlər olacaq:

"Ardınca dördüncü qrupda yüksək bal toplayanlar, o cümlədən müəyyən qədər birinci ixtisas qrupunda informatika istiqaməti üzrə belə halları müşahidə edə bilərik. Qalan digər qruplar və alt qruplar üzrə isə vəziyyət olduqca yaxşı olacaq. Əsasən də ən yaxşı vəziyyət ikinci ixtisas qrupunda və birinci ixtisas qrupunun kimya alt qrupunda qeydə alınacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən