Kəlbəcərdə ilk məktəbin yeganə məzunu tələbə adını QAZANDI

 20:28 24.08.2026     733

İşğaldan azad edilmiş Kəlbəcər şəhərində fəaliyyətə başlayan ilk təhsil müəssisəsinin məzunu ali məktəbə qəbul olunub.

Redaktor.az xəbər verir ki, Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və yeganə məzunu Nəzrin Seyfəddin qızı Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub.

Vumart və Güvən reklamı Vumart Güvən