“Təkcə 1 ixtisas seçmişdim” - 700 bal yığan Samir

 00:00 25.08.2026     530

IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinə qəbul olunub.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”ya danışan S.Tağızadə bildirib ki, ATU-nun Tibb (tədris ingilis dilində) ixtisasına daxil olub.

“İxtisas seçimində təkcə 1 ixtisas seçmişdim, ona da qəbul olundum”, - deyə o əlavə edib.

Qeyd edək ki, Samir Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunudur. O, həmçinin ötən il İctimai TV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.

Vumart və Güvən reklamı Vumart Güvən