610 bal toplayıb qəbul olmayan abituriyentdən iradlara CAVAB

 09:32 26.08.2026     2691

Xəbər verdiyimiz kimi, Yüksək bal toplasa da, arzuladığı ixtisasa qəbul ola bilməyən tələbələr də var. Belə abituriyentlərdən biri H.G. olub. Bu haqda məlumat "Azərbaycan Universitetləri" adlı feysbuk səhifəsində paylaşılıb. Paylaşıma isə xeyli irad bildirilib. Şərh yazanlar kodlaşdırmanın yanlış olduğunu qeyd ediblər. Həmin abituriyent isə yazılan şərhlərə paylaşımın rəy bölməsində cavab verib.

Redaktor.az abituriyentin cavabını təqdim edir:

"Salam, bu seçimi mən etmişəm, görünür ki, stomotologiya və müalicə yazmışam, yəni kodlaşdırılmalıq deyil. Məqsədim vardı, məzuna qalmağı gözə almışam. Əgər yazsaydım, onsuz da getməyəcəkdim, başqasının canla-başla istədiyi ixtisası seçib yer tutmağa razı olmadım. “620+ yeri yazanda belə olur” deyənlər – dərk edin, balları uşaqlar qaldırıb-endirir, risk edib yazıb düşənlər də var. Bu fikirdə olduğunuz üçün də həyata 1:0 geridə başlayırsınız. Sevdiyim peşəni bir ömür yerinə yetirmək üçün 1 ilimi də qurban verərəm. Hər kəsin fikrinə hörmətlə yanaşaq".

Aytəkin TOFİQQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən