Ən yaşlı tələbənin neçə yaşı var? - DİM AÇIQLADI

 11:19 26.08.2026     389

2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

Redaktor.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var.

Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı tələbə Elbrus Hüseynov isə subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunub.

Vumart və Güvən reklamı Vumart Güvən