Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm QƏRAR

 10:42 27.08.2026     504

Qarabağ Universitetinin tərkibində İstanbul Texniki Universitetinin (İTU) akademik bölmələri açılacaq.

Redaktor.az "Resmi Gazete"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, Qarabağ Universitetində İstanbul Texniki Universitetinin (İTU) rektorluğuna bağlı olaraq akademik bölmələr yaradılacaq.

Qərarda tənzimləmənin 2547 saylı Ali Təhsil Qanununun əlavə 39-cu maddəsinə əsasən qəbul edildiyi bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən