600-dən çox bal toplayanlar tələbə ola BİLMƏDİLƏR

 22:52 27.08.2026     538

Ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi başa çatıb. Bu il IV ixtisas qrupunda rəqabət güclü olub.

Redaktor.az xəbər verir ki, IV ixtisas qrupunda 30 nəfər 600 baldan yüksək nəticə əldə etməsinə baxmayaraq, heç bir ali təhsil müəssisəsinə qəbul ola bilməyib.

Bundan əlavə, IV ixtisas qrupunda 97 nəfər 500 baldan yüksək nəticə əldə etməsinə baxmayaraq, heç bir ali təhsil müəssisəsinə qəbul ola bilməyib.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə 407 plan yeri boş qalıb.

Boş qalan plan yerlərinə qəbul üzrə müsabiqə 28 avqustdan başlanacaq və 3 sentyabradək davam edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən