“Gənclərimiz erməni dilini öyrənərək dövlət işlərində çalışa bilərlər” - Deputat
Xəbər verdiyimiz kimi, Bakı Slavyan Universitetində (BSU) 2026-2027-ci tədris ilindən etibarən erməni dili tədris ediləcək.
Mövzu ilə bağlı Redaktor.az-a danışan elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzdə bildirdi ki, Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, bizə qarşı təhdidlər hər zaman çoxdur, risklər də kifayət qədərdir:
"Biz də qonşu ölkələrin və xalqların mədəniyyətlərini, tarixlərini, dillərini öyrənməliyik. Bu, müasir dövrdə çox vacib faktordur. Həm informasiya toplanmasında, həm analitikada, həm də təhlillərdə bu, çox vacibdir. Ona görə mən buna yaxşı baxıram. Qoy bizim gənclərimiz bu sahədə mütəxəssis kimi yetişsinlər. Gələcəkdə onlar müəyyən dövlət işlərində işləyə bilərlər. Müasir dövr informasiya dövrüdür. Burada hər gün minlərlə məqalə, minlərlə informasiya və analitik material ortaya çıxır. Onları oxumaq, düzgün təhlil etmək, qonşu dövlətlərlə əlaqələr qurmaq üçün bu çox vacib məsələdir".
Xədicə BAXIŞLI













