Sertifikasiya imtahanlarının müsahibə mərhələsi necə keçirilir? - AÇIQLAMA 

 13:35 02.09.2026     717

"Müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsində hansı sualların verildiyini demək bir az çətin məsələdir. Suallar müsahibə mərhələsində hazırlayan şəxslər tərəfindən hazırlanır və ya həmin an ani formada verilir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirdi.

"Müshaibə mərhələsində, əlbəttə, müəyyən bal toplayan, amma müsahibə mərhələsindən keçə bilməyənlər də ola bilər. Müsahibə mərhələsi əslində müsbət nəticə göstərənlərin ümumi olaraq biliyini və bacarığını, ümumi dünyagörüşünü, ixtisasına, fənninə olan bağlılığını, eləcə də tədris prosesində olacaq aktivliyini müşahidə etmək üçün təşkil olunur. Məhz bu istiqamətdə də namizədlərə suallar  verilir. Həmin suallardan müsahibəni keçirən şəxslər müsbət nəticə əldə edərlərsə, həmin namizədin növbəti mərhələyə keçidini həyata keçirirlər", - deyə o qeyd etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən