"Nəticələrə diqqət edilməlidir" - Elnur Əliyev PISA-dan DANIŞDI
“PISA ən çox nəticələrinə diqqət edilməli tədqiqatlardan biridir. Eyni zamanda dünyada da ən geniş yayılmış tədqiqatlardan biridir və dünya ölkələri arasında bu tədqiqata qoşulmanın göstəricisi də göstərir ki, bu, həqiqətən də çox vacib, böyük tədqiqatdır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.
Onun sözlərinə görə, 2025-ci ildə keçirilmiş tədqiqatda 90-dan çox ölkə iştirak edib:
“Bu, 90-dan çox ölkə və 90-dan çox iqtisadiyyat deməkdir. Növbəti, 2029-cu il tədqiqatında gözlənilir ki, təxminən 100-ə yaxın ölkə artıq bu tədqiqatda iştirak edəcək. Azərbaycan da 2029-cu il tədqiqatında iştirakla bağlı müqavilə bağlayıb, müraciət edib. PISA tədqiqatı əsasən məktəb dövrünün sonuna yaxın şagirdlərin bacarıqlarını qiymətləndirir. Burada iştirak edən şagirdlər 15 yaşlı şagirdlərdir. Sinif etibarilə isə əsasən 9-cu və 10-cu sinif şagirdləridir. O deməkdir ki, bizim, demək olar ki, təhsil dövrünün sonuna yaxınlaşarkən Azərbaycan məktəblilərinin bacarıq yönündən harada olduqlarını başa düşməklə bağlı bu tədqiqat çox vacibdir”.
NURİYYƏ













