"PISA dünyanın ən böyük beynəlxalq təhsil tədqiqatlarından biridir" - Elnur Əliyev

 10:58 04.09.2026     592

“PISA tədqiqatı daha çox ölçür ki, 15 yaşına çatmış, artıq həyata, həyatın növbəti mərhələsinə keçidə hazır olan şagird nə dərəcədə məktəbdə öyrəndiklərini tətbiq edə bilir. Gündəlik həyatda, gələcəkdə təhsil həyatında, iş həyatında və sair bu, önəmli bacarıq hesab olunur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.

Onun sözlərinə görə, Azərbaycanın əvvəlki illərdə də PISA tədqiqatında iştirak edib:

“Azərbaycan, bilirsiniz ki, keçmişdə, 2000-ci əsrin əvvəllərində, 2006 və 2009-cu il tədqiqatlarında iştirak edib. Ancaq biz daha çox son dövrlərə baxmaq üçün 2018, 2022 və 2025-ci il tədqiqatlarının məlumatlarını paylaşmışıq. Azərbaycan 2018 və 2022-ci illərdə PISA-da yalnız Bakı ilə iştirak edib. Biz PISA beynəlxalq qiymətləndirmə tədqiqatına 2018-ci ildə yalnız Bakı ilə daxil olmuşuq. Yəni ölkənin digər regionlarını yox, yalnız Bakının iştirakını təmin etmişik. Tamamilə eyni qaydada 2022-ci ildə də iştirak etmişik. 2025-ci ildə isə ilk dəfə biz Bakı ilə kifayətlənməmişik, bütün ölkənin tədqiqatda iştirakını, qoşulmasını təmin etmişik. PISA dünyanın ən böyük beynəlxalq təhsil tədqiqatlarından biridir. Dediyim kimi, ən böyük tədqiqatlardan biridir. Təxminən dünya üzrə 760 min şagird sonuncu tədqiqatda iştirak edib ki, bu da ümumilikdə 91 ölkənin təhsil sistemini əhatə edib. Təhsil sistemlərini başa düşmək üçün bu şagirdlərdən məlumat toplanılıb”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən