"Şagirdlərin öz yaşıdları ilə müqayisədə harada olduqlarını anlayacağıq" - Nazir müşaviri

 11:03 04.09.2026     466

“Tədqiqatlar  son dövrlərdə rəqəmsal alətlər və rəqəmsal platformalar üzərindən həyata keçirilir. O cümlədən, bu tədqiqat da həmin istiqamətdə aparılır. TIMSS tədqiqatı 4-cü və 8-ci sinif şagirdləri arasında keçirilir və 4 ildən bir baş tutur. Tədqiqat riyaziyyat və təbiət fənlərini əhatə edir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.

Onun sözlərinə görə, biz sonuncu tədqiqatda həm 4-cü, həm də 8-ci siniflərin iştirakı ilə buna qoşulmuşduq:

“Gələn il başlayacaq bu tədqiqatda isə bu dəfə yalnız 4-cü siniflərlə iştirak edəcəyik. TIMSS kifayət qədər çox dünya ölkəsini əhatə edən tədqiqatdır. Görürsünüz, 64 ölkə iştirak edir və biz çalışırıq ki, ibtidai təhsilin sonunda Azərbaycan məktəblərində oxuyan şagirdlərin riyaziyyat və təbiətlə bağlı öz yaşıdları ilə müqayisədə harada olduqlarını, bu standartlara nə qədər yaxın səviyyədə bilik və bacarıqlarının olduğunu anlamağa imkan verən tədqiqatımızdır”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən