PISA-da nəticələrin obyektivliyi necə təmin olunur? - Nazir AÇIQLADI

 11:45 08.09.2026     433

“PISA qiymətləndirməsində şagirdlərin və məktəblərin seçilməsi bir neçə mərhələdən ibarət statistik proses əsasında həyata keçirilir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında elm və təhsil naziri Emin Əmrullayev bildirdi.

Nazir bildirdi ki, qiymətləndirmənin nəticələrinin obyektiv olması üçün seçilən məktəblərin statistik baxımdan dəqiq təmsil olunması vacibdir:

“PISA-da, biləsiniz ki, bu statistik olaraq nə qədər təsadüfi seçilsə də məktəblər, bu, bir neçə pilləli, müxtəlif addımlarla həyata keçirilir. Hər bir ölkədən təxminən hazırda olan tələb 300-ə yaxın məktəbdən 7 mindən çox şagird çıxarmaqdır. 7 mindən çox şagirdin nəticəsi üçün bütün bu məktəblərin o statistik, belə deyək, dəqiqliklə təmsil olunması lazımdır”.

O, PISA qiymətləndirməsində nümunə götürülməsi prosesini qan analizləri ilə müqayisə edib:

“Sizə daha bir misal gətirəcəm. Siz, deyək ki, qanınızda olan faizə, nəyəsə indikatoru görmək üçün təkrar bütün qanınızı çıxarıb yoxlamırlar ki? Düzdür? Nümunə götürürlər. Bu da təxminən təhsilin məktəbli şagirdləri üçün belə deyək, köklü seçim edib, amma bu seçimi əsaslandıraraq keçirməkdir və fərqləndirib ortalama göstəricini qoyub”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən