Emin Əmrullayevdən Bakı məktəbləri ilə bağlı diqqətçəkən AÇIQLAMA
“PISA nəticələrində Bakı şəhərinin göstəricilərinə də xüsusi diqqət çəkir. 2018-ci ildə Bakı üzrə nəticənin 501 bal olduğu bildirilib. Bu göstəricinin xüsusilə riyaziyyat üzrə yüksək nəticə kimi qiymətləndirilib”.
Redaktor.az xəbər verir ki, bu fikirləri PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında elm və təhsil naziri Emin Əmrullayev bildirdi.
Nazir qeyd etdi ki, 501 bal Bakı şəhəri üçün çox yaxşı göstəricidir:
“Xüsusilə riyaziyyat nəticələrində Bakı məktəbləri, müəllimləri və şagirdləri həmişə fərqlənib. Bunu riyaziyyat üzrə qəbul imtahanlarının nəticələrində də görmək mümkündür. Bakı şəhərinin riyaziyyat üzrə nəticəsi bir sıra ölkələrin göstəricilərindən daha yüksəkdir. Eyni zamanda, ölkələr arasında nəticələrdə müəyyən fərqlər var və bəzi ölkələrin Bakıdan daha aşağı nəticə göstərib. Nəticələri müqayisə edərkən yalnız ümumi balı deyil, ballar arasındakı fərqi də nəzərə almaq vacibdir. Bu fərqlər ölkələrin və şəhərlərin nəticələrinin bir-birindən hansı səviyyədə fərqləndiyini göstərir. Azərbaycan və Bakı üzrə nəticələri şərh edərkən qiymətləndirmənin əhatə dairəsi və tətbiq olunan metodologiya da nəzərə alınmalıdır”.
NURİYYƏ













