"Oxumaq imkanları var, amma..." - Nazir şagirdlərin oxu bacarığından DANIŞDI
“Oxu savadlılığı üzrə Bakı və regionlarda şagirdlərin 30-39 bal aralığında göstərdiyi nəticələr bu sahədə problemlərin olduğunu göstərir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında elm və təhsil naziri Emin Əmrullayev dedi.
O əlavə etdi ki, Azərbaycan üzrə nəticə 370-dir:
“Bakı şəhəri digər rayonlarla müqayisədə dördüncü-beşinci yerdədir. Digər rayonlar baxımından isə nəticələr 2018-ci ildən 20% aşağıdır”.
O bildirdi ki, ümumilikdə şagirdlərin oxumaq imkanları və qabiliyyətləri olsa da, oxuyub-anlama istiqamətində ciddi problemlər mövcuddur:
“Oxu yalnız Azərbaycan dili fənninə aid məsələ deyil. Digər fənlərdə də oxuyub-anlama bacarığına diqqət yetirilməlidir. Oxuyub-anlama bacarığı insanın gündəlik həyatına, o cümlədən məlumatı düzgün qəbul etməsinə birbaşa təsir edir”.
NURİYYƏ













