PISA-da regionlar arasında ciddi uçurum - Nazir səbəbləri SADALADI
“Azərbaycanda PISA nəticələri üzrə bölgələr arasında ciddi fərqlər müşahidə olunur. Xüsusilə ikinci səviyyədən aşağı nəticə göstərən şagirdlərin bəzi regionlarda yüksək faiz təşkil edir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında elm və təhsil naziri Emin Əmrullayev dedi.
O vurğuladı ki, Qazax-Tovuz, Mil-Muğan, Şirvan-Salyan və Lənkəran-Astara kimi bölgələrdə ikinci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı yüksəkdir:
“Eyni zamanda, Bakı, Abşeron-Xızı, Sumqayıt, Dağlıq Şirvan və Quba-Xaçmaz kimi ərazilərdə göstəricilərin nisbətən fərqli olduğu qeyd edilir. Bufərqlər yalnız şagirdlərin nəticələrində deyil, müəllimlərin sertifikatlaşdırılması və təlim imkanlarında da özünü göstərir. Bölgələr üzrə nəticələrə baxarkən yalnız ümumi region göstəricilərinə deyil, ayrı-ayrı rayon və yaşayış məntəqələrinə də diqqət yetirmək lazımdır. Çünki eyni region daxilində də təhsilin vəziyyəti əhəmiyyətli dərəcədə fərqlənə bilər”.
NURİYYƏ













