Aşağı nəticə göstərən bölgələr üzrə tədbirlər görülməlidir - Emin Əmrullayevdən XƏBƏRDARLIQ

 12:23 08.09.2026     2649

“PISA nəticələrində gender fərqlərinə də diqqət çəkilib. Azərbaycanda təbiət elmləri və oxu savadlılığı üzrə qızların nəticələri oğlanlardan daha yüksəkdir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında elm və təhsil naziri Emin Əmrullayev bildirdi.

Onun sözlərinə görə, oxu savadlılığı üzrə ölkə ortalamasının 360 bal olduğu, bu istiqamətdə qızların göstəriciləri daha yüksəkdir.

“Riyaziyyat savadlılığında isə oğlanların nəticələri qızlardan daha yüksəkdir. Bununla belə, Azərbaycandakı nəticələr beynəlxalq göstəricilərdən fərqlənir. Bölgələr və yaşayış məntəqələri üzrə fərqlər də kifayət qədər böyükdür. Kəndlərdə riyaziyyat üzrə nəticələr daha aşağı olduğu halda, şəhər və rayon mərkəzlərində göstəricilər daha yüksəkdir. Bu fərqlərin səbəbləri araşdırılmalı və xüsusilə aşağı nəticə göstərən bölgələr üzrə məqsədyönlü tədbirlər həyata keçirilməlidir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən