Dərslərin başlamasına sayılı günlər qaldı: Müəllimlərin geyimi necə olacaq? - AÇIQLAMA

 17:37 08.09.2026     933

"Qanunvericilikdə müəllimlərin geyimi ilə bağlı tələblərin müəyyən edilməsi nəzərdə tutulub. Amma hazırda konkret geyim forması və ya model ilə bağlı ayrıca göstəriş verilməyib".

Bunu Redaktor.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi.

O uzun illər müəllim kimi çalışan biri olaraq bildirdi ki, bu məsələyə müsbət yanaşır:

"Məncə, müəllimin geyimi onun peşəsinə və çalışdığı mühitə uyğun olmalıdır. Məktəbdə qarşımızda uşaqlar var və müəllim istər davranışı, istər danışığı, istərsə də xarici görünüşü ilə müəyyən mənada nümunədir. Amma mən çox sərt və hamını eyni qəlibə salan forma tərəfdarı olmazdım. Səliqəli, sadə, rahat və müəllim peşəsinə yaraşan geyim tərzinin müəyyənləşdirilməsini daha məqsədəuyğun hesab edirəm. Əsas odur ki, həm məktəb mühitinin ciddiliyi qorunsun, həm də müəllim özünü rahat hiss etsin".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən