Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

 09:53 10.09.2026     434

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Bu barədə Redaktor.az-a DİM-dən məlumat verilib.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən