"Aşağı nəticə göstərən şagirdlərin payını azaltmağı hədəfləmişik"

 10:45 11.09.2026     263

"Konfranslardan, müzakirələrdən çıxan nəticələrə görə yenə ötən tədris ili qarşımıza qoyduğumuz hədəflərlə demək olar ki, eynidir. Bu hədəfləri səsləndirmək istərdim. Bu, istər Azərbaycan dili, riyaziyyat və 5-ci siniflərdə rəqəmsal savadlılıq fənləri üzrə yenə aşağı, zəif seqmentin payının azaldılması, yüksək nəticə göstərən şagirdlərin payında artıma nail olmaq olacaq".

Redaktor.az  xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

"Şagirdlərin dərsə davamiyyət istiqamətində göstəricilərin artırılmasını hədəfləmişik. Eyni zamanda, fiziki inkişaf göstəricilərinin də artırılmasını yeni tədris ilindən etibarən özümüzə prioritet hədəf kimi müəyyənləşdirmişik. Bir daha fürsətdən istifadə edib ötən il həm PISA qiymətləndirmə nəticələrində, eyni zamanda təqdimatda göstərdiyim kimi 4-6 illik qiymətləndirmə çərçivəsində əldə etdiyimiz nəticələrə görə müəllimlərimizə, dəyərli həmkarlara təşəkkürümü bildirirəm".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən