Açıq suallarda nəticələr niyə aşağıdır? - Elnur Əliyevdən AÇIQLAMA 

 10:59 11.09.2026     287

"Bu il həm riyaziyyat fənnində, hem oxu fənnində tam açıq suallar — yəni şagirdlər oxuda cavabı daxil edirlər, yazırlar və riyaziyyatda da həlli gedirlər cavabı tapırlar. Bu iki cür sual istifadə olunub və həm onların statistik vəziyyətini paylaşmaq istərdik ki, açıq suallara cavab vermə faizi aşağıdır. Yəni qapalı testlərdə şagirdlər daha çox cavablandırırlar, həll tələb olunmayan açıq sualları cavablandırırlar, ancaq özləri həll yazmalıdırlar sa, burada bir az faiz azalır. Yəni şagirdlərin riyaziyyatda 27%-i açıq sualları cavablandırmayıb 4-cü siniflərdə. Oxuda bu təxminən 19% şagird açıq sualları cavablandırmayıb. Fikir versəniz, oxuda 98% şagird bütün qapalı sualları cavablandırıb".

Redaktor.az  xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.

"İki məqama da diqqət etmək istərdim ki, bu yəqin ki, ibtidai sinif müəllimlərinə xüsusi olaraq çatdırılmalıdır ki, bizim markerlər cavabları yoxlayarkən iki nüansı bizim diqqətimizə çatdırıblar: Yazarkən Türkiyə türkçəsindəki sözlərdən istifadə geniş görünüb və bəzi hallarda da rus kəlmələrindən Azərbaycan suallarının cavablandırılmasında istifadə görünüb ki, dilin daha təmiz, daha gözəl qalması üçün bunun ibtidai təhsildən şagirdlərdə vərdiş kimi formalaşmasına diqqət etmək vacibdir. Eyni zamanda, bir şey də müşahidə olunub ki, hüsnxətlə bağlı, 4-cü sinif şagirdlərinin hüsnxətti ilə bağlı müəyyən problemlər diqqət çəkib açıq cavabların yazılmasında. Burada bir məqam önəmlidir ki, bu şagirdlər 1-ci sinfə pandemiya vaxtı gediblər, onlayn gediblər. 2025-ci ildə (2020/2021) tədrisə başlayan uşaqlar da 2021-ci ilin sentyabrında pandemiyanın qaynar vaxtı tədris ediblər, güman edirik ki, o təsirlər də burada vardır".

Aytəkin TOFİQQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən