Kənd və şəhər məktəblərində nəticələr müqayisə edildi - Elnur Əliyev rəqəmləri AÇIQLADI
"Çox vacib məsələ ondan ibarətdir ki, təhsil regional idarələrimiz, təhsil müəssisələri çalışmalıdırlar ki, kənd və şəhər uşaqları arasındakı fərq aşağı düşsün".
Redaktor.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.
"Burada biz nə görürük? Oxu ilə, riyaziyyatla bağlı bu fərq azalıb. Yəni görünən odur ki, artıq həm müsbət dinamika var, hər ikisinin nəticələri artır, eyni zamanda riyaziyyat fənni üzrə IV sinif şagirdlərinin kənddə və şəhərdə oxuyanları arasındakı fərq kiçilir. Bu özü müsbət bir müşahidədir. Oxuda biz hələ ki, bu fərqin dəyişdiyini görmürük. Həm kənd uşaqlarının, həm şəhər uşaqlarının nəticələri yaxşılaşmışdır, ama hələ də aradakı o fərq dəyişməz qalmışdır. Ancaq çox böyük deyil deyə ifadə edə bilərik".
Aytəkin TOFİQQIZI













