93 min dərs dinlənildi: Müəllimlərin dərs keyfiyyəti necə dəyişdi?

 11:14 11.09.2026     542

"Keçən il bu ərəfədə olan hesabatda biz Təhsil İnstitutunun metodik dəstək fəaliyyətinin başlandığını elan etmişdik ki, məktəblərdə metodik xidmət 300-dən artıq məktəbdə başlayıb və istəyərdim ki, bu fürsətdən yaralanaraq həmin nəticələri sizinlə paylaşım ki, bir il ərzində nə görülüb, nə müşahidə olunub müəllimlərin tədris prosesində".

Redaktor.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev bildirdi.

Onun sözlərinə görə, 359 məktəbdə metodik dəstək göstərilib:

"Bu o deməkdir 359 məktəbdə metodist gündəlik olaraq müəllimlərlə birliktə çalışır. Təxminən 16 minə yaxın müəllimi əhatə edib bu dəstək fəaliyyətləri. Eyni zamanda o 359 məktəbdə çalışan son üç ildə müəllimliyə cəlb olunmuş gənc müəllimlərə mentorluq dəstəyi də göstərilib.

93 min dərs dinlənilib. Xüsusi bir platforma var. Müəllimlər o platformada dərs dinləmələri edirlər. Biz də 93 min dərsin və gündəlik bu statistikanın dəyişməsini real vaxtda görə bilirik. Ölkədə baş verən tədris proseslərinin nəticələrini müşahidə edə bilirik və problemləri oradan hiss edə bilirik.

Eyni zamanda həmin metodistlər tərəfindən həmin məktəblərdə çalışan müəllimlərə tədris ili boyu dərs müşahidələrindən çıxan problemlərə yönəlik təlimlər verilir. Hər həftə, hər ay müxtəlif təlimlərlə onların zəif tərəflərinin aradan qaldırılması istiqamətində işlənilir. Bir dərs müşahidəsi və onun ardınca rəy və dəstək görüşləri, eyni zamanda da təlimlər verilir. Mən dərs müşahidələrinin nəticələrinə baxsaq, ümumiyyətlə formal olaraq bir dərsin qiymətləndirilməsi 1 balla 4 bal arası qiymətləndirilir və müxtəlif meyarlara baxılır. Biz bir görürük ki, burada ilin əvvəlində qiymətləndirilən dərslərlə sonradan təlimlər verildikdən sonra qiymətləndirmələrin yaxşılaşdığını görürük. Yəni müəllimlər ilin sonuna doğru təkrar dərs dinləmələrdən sonra müşahidə olunub ki, dərslərin keyfiyyəti yaxşılaşır".

Aytəkin TOFİQQIZI

222
Vumart və Güvən reklamı Vumart Güvən