Zəif nəticə göstərənlərlə bağlı məktəblərdə psixometrik test aparılmalıdır - Məleykə Abbaszadə

 12:06 11.09.2026     511

"Zəif nəticəsi olan uşağı tanımaq lazımdır. Psixometrik alətlər var, uşaqların müəyyən etmək üçün. Mən bilirəm ki, Avropa Liseyində bu psixometrik testlər aparılır. Bununla əvvəlcədən proqnoz etmək olar ki, bu uşağın nəticəsi zəifdir. Bu məktəbə gələndə də onun hansı sahədə ona kömək lazımdır. Konkret sinifdə dərs deyən müəllim tanımalıdır sinifi ki, hansı uşaqlar var o sinifdə. O uşaqların hansı psixometrik göstəriciləri var ki, o uşaqlara düzgün yanaşsın".

Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında DİM sədri Məleykə Abbaszadə bildirdi.

"Kollektiv məsuliyyətə toxunmaq istəyirəm. Şəxsən mən məktəbdə oxuyanda bizim üçün çox pis idi ki, bizim sinifdə kimsə iki alan olsun. Özümüz onlarla məşğul olurduq. 5 nəfər bir qrup idisə, məsuliyyət yaranırdı. Kiməsə desən sənin uşağın sinif yoldaşı ilə məşğul olsun, bu, indi qeyr-adi səslənəcəkdir. Çünki indi hər şəxs, hər şagird və hər valideyn istəyir ki, onun uşağının vaxtı yalnız onun şəxsən öz inkişafına həsr olunsun".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən