"Hər bir müəllimin süni intellekt assisenti olmalıdır" - DİM sədrindən TƏKLİF

 12:10 11.09.2026     521

"Mən ilk dəfə mühazirələri Azərbaycan dilində oxuyanda, 1988-ci ildə səhər saat 6-da anamı durğuzurdum, informatikadan ona mühazirəni oxuyurdum, çünki Azərbaycan dilində mənim üçün onda çətin idi ki, professional terminləri düzgün ifadə edim və o, mənə faktiki olaraq asistent idi".

Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında DİM sədri Məleykə Abbaszadə bildirdi.

"İndi isə tamamilə hər bir şey dəyişib və hər bir müəllimin hər süni intellekt asistenti ola bilər. Demək, müəllimləri AI ilə işləmək üçün hansısa təlimlərə cəlb etmək lazımdır və sonra biz bu işə qarışmaya bilərik. Çünki bu, hər insan özü üçün o cədvəli özü üçün, özü demək, müəyyən edə bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən