Emin Əmrullayevdən müəllimlərlə bağlı mühüm AÇIQLAMA - "Üçdə ikisi müsabiqə ilə gəlməyib"
"Mən inanıram ki, biz onu 10 il ərzində müəllim keyfiyyətini artıra bilmişik. Keyfiyyəti həm diaqnostika ilə, həm sertifikatlaşdırma ilə artıra bilmişik. Amma hələ ki, müəllimlərimizin yalnız üçdə biri sistemə bu və ya digər müsabiqə ilə gəlib. O deməkdir ki, üçdə ikisi müsabiqə ilə gəlməyib. Amma yaxşı xəbər nədir? Biz bütün müəllimlərimizi artıq sertifikatlaşdırmadan, demək olar ki, keçirmişik, 90%-dən artığını müəllimimizin, 95%, yəqin ki".
Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev dedi.
"Hər bir müəllimimiz haqqında artıq bəlli, bir-biri ilə müqayisə edilə bilən məlumata malikik. Burada məqsəd yenə şagird nailiyyətləridir, alət sertifikatlaşdırmadır, onun da aləti imtahan keyfiyyətidir. Bizim çox yaxşı sertifikatlaşmamız ola bilər, amma başa düşməliyik, bir neçə il sonra gözləmək lazımdır. Yəqin ki, sertifikatlaşdırmanın çox ilkin nəticələrini 2026 PISA-da görə bilərik, deyə düşünürəm, çünki o ibtidai sinifdir. Amma yenə tam görməyəcəyik, 2031-də görəcəyik. Yəni çünki hələ də 2026-da 4-cü sinfi qurtaran uşaqların bəlli bir qisminə, hətta böyük bir qisminə, mən deyərdim, sertifikatlaşdırmadan keçməyən müəllimlər də dərs deyiblər, yəni hansılar ki, artıq dərs demirlər. Yəni bu mənada bu təsirlər yəqin ki, olacaq. Bizim axsayaraq, yəni müəyyən ədəd geridə olduğumuz yer hardadır, mənim müşahidələrimə görə? Yəni bu sonra yuxarıdan, yəni müəyyən edilmiş təhsil siyasətini təbii ki, ölkə rəhbəri müəyyən edir, Azərbaycan hökuməti müəyyən edir, Nazirlik onu müəyyən qaydada halına salır və tutan çərçivəyə salır. Aşağıya doğru getdikcə, yəni Nazirlikdən başlayıb sinif otağına gələnə qədər bunu hamı başa düşsə, biz mükəmməl təhsil sistemi olacağıq".
Aytəkin TOFİQQIZI













