"Müəllim sinfə danışmağa yox, uşaqlara nəsə öyrətməyə girməlidir" - Nazir

 12:34 11.09.2026     794

“Təhsilin daha yaxşı olması üçün müəllimimizin keyfiyyəti daha yuxarı olmalıdır. Məktəbəqədərdən daha çox uşaq məktəbə gəlməlidir. Məktəbdə nizam-intizam yerində olmalıdır, uşaqlar dərsə gecikməməlidir. Sinfə girən müəllim dərs deməlidir və əmin olmalıdır ki, sinifdəki uşaqlar dərsin sonunda nəyisə öyrəndi. Yəni o, özü üçün danışmağa girməməlidir".

Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev dedi.

"Ümumiyyətlə, “mənim məktəbim” anlayışından “bizim məktəblərimiz” anlayışına yəqin ki, keçməyin vaxtıdır. Yaxşı təhsil sistemində bir məktəb o biri məktəbdən çox fərqlənmir. Yəni Azərbaycan vətəndaşının 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, yoxsa 4 nömrəli məktəbə getməsinin heç bir fərqi olmamalıdır.

Amma “filankəs müəllimin məktəbi”, “filankəs xanımın məktəbi” anlayışı, səmimi olaraq, yaxşı təhsil sisteminin xüsusiyyəti deyil. Yəni bu, müəllif məktəbləridir. Bir dənə, iki dənə, üç dənə ola bilər. Ölkədə əgər 150 dənə müəllif məktəbi varsa, orada təhsil sistemindən yox, ayrı-ayrı adamların, şərti olaraq, ya arzularından, ən yaxşı halda, danışırıq. Yəni onun üçün sistematiklik çox vacibdir.”

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən