"Dərslik eynidir, MİQ eynidir, nazirlik eynidir..." - Nazir zəif nəticələrdən DANIŞDI

 12:40 11.09.2026     552

"Bizim bir sıra bölgələrimiz var ki, orada biz görürük ki, nəticələr əsaslı şəkildə aşağıdır".

Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev dedi.

"Oxu nəticələrində bir bölgəmizdə, səhv etmirəmsə, 80%-dən yuxarı minimal nəticəyə çatmayan 15 yaşlı uşaq var. Yəni prinsip etibarilə dərslik də eynidir, MİQ də eynidir, nazirlik də eynidir. Niyə görə bu var sualını başa düşsək, biz də orada yəqin ki, ən zəif nəticə göstərən bölgələrə növbəti PISA dövrünə qədər mütləq şəkildə fokus olmalıyıq və çalışmalıyıq ki, həmin bölgələrimizdə olan geridəqalmanı aradan qaldıraq. Məncə bu çox vacibdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən