“Zəif nəticənin səbəbi müəyyənləşdirilməlidir” – DİM sədrinin psixometrik testlə bağlı təklifinə REAKSİYA

 16:18 14.09.2026     1970

"Zəif nəticə göstərənlərlə bağlı məktəblərdə psixometrik test aparılmalıdır. Yəni bu psixometrik testlərin aparılması faydalıdır, aydın məsələdir. Müəyyən problemlərdən qaynaqlanan hadisələr istər-istəməz imtahan nəticələrinə, yekun nəticələrə də təsir göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev DİM sədri Məleykə Abbaszadənin zəif nəticə göstərən şagirdlərlə bağlı məktəblərdə psixometrik testlərin keçirilməsi təklifini şərh edərkən səsləndirdi.

Müsahibimiz qeyd etdi ki, belə bir psixometrik test aparıldıqdan sonra onun nəticəsi ilə bağlı hər hansı bir fəaliyyət göstərilməlidir:

"Əgər gəstərilməyəcəksə, bunun düzəldilməsi istiqamətində nəsə bir addım atılmayacaqsa, o zaman bu psixometrik testlərin aparılmasının nə kimi mənası var? Əgər tədbir görülməyəcəksə, heç bir mənası və faydası olmayacaq. Önəmli olan odur ki, hər hansı bir psixometrik test və yaxud da hər hansı bir səviyyə təsbiti formasında nəticələr yoxlandıqdan sonra həmin mənfi nəticələr istiqamətində müvafiq addımlar atılsın ki, nəticələr düzəlsin".

Ekspertin sözlərinə görə, zəif nəticə göstərənlərdə müəyyən problemlər ola bilər:

"Psixoloji problemlər ola bilər, ailə ilə bağlı müəyyən problemlər ola bilər. Bununla bağlı müəyyən məlumatların toplanması, müəyyən testlərin aparılması və səbəbin müəyyənləşdirilməsi çox vacib amillərdən biridir. Amma səbəb müəyyən olunandan sonra nəticəyə baxmaq lazımdır və onunla bağlı müəyyən addımlar atmaq lazımdır".

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən