Emin Əmrullayev yeni tədris ili ilə bağlı rəqəmləri AÇIQLADI

 15:17 14.09.2026     553

“Bu il Azərbaycanda 134 min şagird birinci sinfə qədəm qoyub”.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında dedi.

Nazir qeyd etdi ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan və ştat vahidliyi müəyyənləşdirilərək təsdiqlənən məktəblərdə ümumilikdə 1,6 milyon nəfər ümumi təhsil, 360 min nəfər ali təhsil, 326 min nəfər məktəbəqədər təhsil, 64 min nəfər orta ixtisas təhsili və 44 min nəfər peşə təhsili üzrə təhsil alır.

“"Böyük Qayıdış" çərçivəsində işğaldan azad olunmuş ərazilərdə də yeni təhsil müəssisələrinin fəaliyyətə başlayıb. Bu il daha 10 təhsil müəssisəsi bu sıraya qoşulub. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 23 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcək. Həmin müəssisələrdə 4008 uşağın təhsil alacağı gözlənilir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən