"Azərbaycan dili fənninin həftəlik dərs saatlarının sayı artırılacaq" - Emin Əmrullayev

 15:25 14.09.2026     901

“Ötən illərdən bu istiqamətdə başlamışdıq. 14 pilot layihə idi, bu illərdə 90 müəssisəyə çatdırılması planlaşdırılır. Bu, 46 şəhər və rayonu əhatə edir”.

Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verdi.

Nazir bildirdi ki, təmayül tədrisinin əsas məqsədi 10-cu və 11-ci siniflərdə tam orta təhsil alan şagirdlərin təhsil keyfiyyətini artırmaq, müəyyən mənada repetitorluğun qarşısını almaq, ali təhsil müəssisələrinə hazırlıq prosesində şagirdləri dəstəkləmək və qəbul imtahanlarında nəzərə alınan fənlər üzrə tədris planlarını həmin fənlərə uyğunlaşdırmaqdır.

Növbəti əsas məsələlərdən birinin digər dillərdə tədris aparılan siniflərdə Azərbaycan dili fənninin saatlarının artırılması olduğunu deyən nazir bunun təxminən 150 min şagirdi əhatə edəcəyini bildirdi.

Onun sözlərinə görə, I-IX siniflərdə Azərbaycan dili fənninin həftəlik dərs saatlarının sayı 3-dən 4-ə, X-XI siniflərdə isə 2-dən 3-ə çatdırılacaq.

“Azərbaycan dilində tədrisin keyfiyyətinin artırılması Azərbaycan üçün ən vacib məqsədlərimizdən biridir. Ümumiyyətlə, əvvəlki illərdə də bu prosesi aparmışıq. Bir dəfə bir saat artırırıq, digər bir saat artırırıq. Bundan başqa, bir sıra fənlər, məsələn, Azərbaycan tarixi Azərbaycan dilində tədris olunur. Bütün bu dəyişikliklər digər dillərdə təhsil alan şagirdlərin Azərbaycan dilini daha yaxşı öyrənməsi üçündür”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən