Müəllimlik ixtisasları üzrə qəbul planı niyə azaldılıb? - Nazir AÇIQLADI
“Müəllimlik ixtisasları üzrə qəbul planı bu il 7500 nəfərədək azaldılıb”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında dedi.
Nazir bildirdi ki, məqsəd müəllim hazırlığının sayını deyil, keyfiyyətini artırmaq və sistemə ehtiyac duyulan sayda müəllim hazırlamaqdır.
“Rəqəmsal bacarıqlar layihəsinin əhatə dairəsi bu il 771 məktəbdən 1001 məktəbə, şagird sayı isə 528 mindən 630 minə çatdırılacaq. STEAM layihəsinin əhatə dairəsinin də genişləndirilməsi nəzərdə tutulub. Belə ki, layihə 400 məktəbdən 563 məktəbə, şagird əhatəsi isə təxminən 303 min 500 nəfərdən 336 min 197 nəfərə qədər artırılacaq”.
Nazir rəqəmsal məktəb platformasının da genişləndiriləcəyini diqqətə çatdırdı. Onun sözlərinə görə, ötən il Bakı şəhərində tətbiqinə başlanılan platformanın bu il 349 məktəbdən 500 və daha çox məktəbə qədər genişləndirilməsi planlaşdırılır:
"Bu çərçivədə Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri və Abşeron rayonunun da əhatə olunması nəzərdə tutulur. İstifadəçi sayının isə 900 minə çatdırılması və ya 900 mindən çox olması planlaşdırılır".
NURİYYƏ













