“Məktəblərdə süni intellekt tətbiqlərindən istifadə ilə bağlı işlər aparılır"
“Məktəblərdə süni intellekt tətbiqlərindən istifadə ilə bağlı da işlər aparılır. Bu il 44 mindən artıq təhsil işçisinə müxtəlif süni intellekt platformalarından istifadə imkanlarının verilməsi planlaşdırılır”.
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirdi.
Nazir attestat və diplomların elektron formada təqdim edilməsinə də toxundu.
“Bu il 356 mindən çox məzun ilk dəfə attestat və diplomunu “mygov” platforması vasitəsilə elektron formada alıb. Kağız diplomlar yox, məhz elektron formatda təqdim edilir attestatlar və diplomlar. Bu sistem prosesin daha sürətli və şəffaf tənzimlənməsinə imkan verir. Sənədlər şəxslərin FİN nömrəsini daxil etməsi ilə “mygov” platformasından əldə edilə bilir. Eyni zamanda, elektron sistem saxta sənədlərin qarşısının alınmasına və sənədlərin düzgünlüyünün təmin edilməsinə kömək edir”.
NURİYYƏ













