Bu məktəbin paylaşdığı şəkillər müzakirə yaratdı - Şagirdlərin üzü niyə açıq yayımlandı?

 16:24 14.09.2026     914

C.Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbinin feysbuk hesabında 4,6 və 9-cu sinif şagirdlərindən zəif nəticə göstərənlərin yay məktəbinə cəlb olunması ilə bağlı paylaşım edilib və şagirdlərin üzü açıq olaraq paylaşılıb.

Bəs zəif nəticə göstərən şagirdlərin üzü açıq formada paylaşılması nə dərəcə etdikdir?

Redaktor.az məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, yay məktəbi dedikdə yalnız zəif, 3 alan şagirdlər nəzərdə tutulmur.

"Yay məktəbi könüllü olaraq sentyabra hazırlıq üçün nəzərdə tutulan prosedurdur. Paylaşılan şəkillərdə sadəcə zəif nəticə göstərən şagirdlər yoxdur. Yay məktəbi sentyabra hazırlıq üçün nəzərdə tutulub. Könüllü olaraq istəyən şagirdlər gedib iştirak edə bilir. Şəklin paylaşılmasında isə etik olmayan heç bir prosedur yoxdur".

Aytəkin TOFİQQIZI

22222
Vumart və Güvən reklamı Vumart Güvən