"Bu, Azərbaycan təhsilinin ən böyük problemi deyil" - Sıxlıqla bağlı VACİB AÇIQLAMA

 16:33 14.09.2026     615

"Bizim ölkə üzrə 80 000 sinifimiz var. Yəni, ümumi 80 000 sinif var. 40-dan yuxarı şagirdi olan cəmi 600 sinifimiz var ki, bu da o siniflərin nəinki 1%-ni təşkil etmir. Ümumilikdə, bu siniflərdə təxminən 24 000 şagird — 24 000-dən bir az çox şagird təhsil alır ki, bu da ümumi şagirdlərin 1,5%-dir. Yəni bizim 99% siniflərimizdə şagird sayı 40-dan azdır".

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı dedi.

"Bizim şagirdlərimizin 98,5%-i 40-dan daha az olan siniflərdə təhsil alır. Yəni, “Bu, Azərbaycan təhsilinin ən böyük problemi deyil” deyəndə mən bunu nəzərdə tuturam. Çünki 99% uşaq 40-dan az olan siniflərdə təhsil alır. 1% belə problem var, bunu oturub yerində hədəfli işləyirik".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən