Məktəblərdə psixoloji xidmətlə bağlı YENİLİK: Pilot layihəyə start VERİLİR
"Psixoloji xidmət haqqında qaydalar var və biz o qaydaların icrası ilə bağlı müəyyən addımlar atmağı düşünürük. İnandığımız bundan ibarətdir ki, bu, tam orta təhsil modelinə keçirik və yəqin ki, pilot qaydada orada başlaya bilərik".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı qeyd etdi.
"Ümumilikdə, inandığım budur ki, ümumiyyətlə məktəb psixoloqu vəzifəsinə bu mənada da baxmalıyıq ki, məsələn, bizdə bir adam 800 adamın psixoloji vəziyyətini düzəldə bilməz. Yəni, məncə, orada bir balaca iş kökündən səhvdir. Yəni, nəyəsə oturub bu modelə yenidən baxılmalıdır deyə düşünürəm. Amma hal-hazırda bu və ya digər formada hansısa ciddi dəyişiklik də, radikal dəyişiklik də planlaşdırılmır".
Aytəkin TOFİQQIZI













