Sosial sifariş əməkhaqqının yüksək olmasıdırsa, onda müəllim sayı optimallaşmalıdır - Nazir

 10:59 16.09.2026     191

Azərbaycanda 350-yə yaxın məktəb var ki, orada ibtidai siniflərin sayından çox ibtidai sinif müəllimləri var. 

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, ölkə üzrə orta dərs yükü 6 saat və daha az olan 137 məktəb var: "Bizim əsas məsələmiz ondan ibarətdir ki, müəllimlər üçün standart müəyyənləşdirək. Əgər cəmiyyətin sosial sifarişi müəllimin əməkhaqqının yüksək olmasıdırsa, müəllim sayı optimallaşmalıdır. Həm müəllimlərin sayı çox olsun, həm həftədə 4 saat dərs desin və əməkhaqqı yüksək olsun, bu, riyazi olaraq mümkün deyil. Cəmiyyət bizdən bunu istəməlidir: elə edə bilərsinizmi daha yüksək bal toplayan müəllimlər uşaqlarımıza dərs desin. Mən valideyn olaraq bunu istəyərdim".

Onun sözlərinə görə, müəllim əməkhaqqısı işin əsas hissəsidir: "Sertifikatlaşdırmanın ilkin mərhələsində maaş artımı 10-35 faiz idi. Yəqin ki, təhlillər aparıb aidiyyəti qurumlarla sertifikasiyanın növbəti mərhələsində əmsalların necə olmalı olduğunu müzakirə edəcəyik".

Nazir həmçinin qeyd edib ki, sertifikasiyanın ikinci mərhələsində tələblər daha yüksək olsa da, müəllimlər üçün daha rahat olacaq, çünki onlar artıq təcrübəlidirlər.

Vumart və Güvən reklamı Vumart Güvən