"Təxminən bir il əvvəl burada mənzərə tam başqa idi..." - Nihat Məcidov
“SABAH City”yə xoş gəlmisiniz. İlk növbədə vurğulamaq istərdim ki, bu kampus Prezidentin Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərmanı imzalaması və Bakı şəhərinin Xətai rayonundakı bu 20 hektar torpaq sahəsini ayırması ilə mövcuddur”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Sabah.city” innovasiyalar mərkəzində “ETN Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş direktoru Nihat Məcidov dedi.
O vurğuladı ki, bu sərəncam onlara torpaq sahəsindən daha çox şey verdi:
“O, qarşımızda məqsədlər qoydu və məqsəd aydındır - elmin, texnologiyanın və innovasiyanın gücü ilə iqtisadiyyatın davamlı inkişafına dəstək olmaq. Bu gün bu kampusda gördükləriniz bizim həmin tapşırığa cavabımızdır. Təxminən bir il əvvəl burada mənzərə başqa idi. Mən məhz bu yerdə durmuşdum. Ətrafımızda nə baş verdiyini çəkmək üçün dron qaldırdıq və müşahidə edə bildiyimiz mənzərə bu idi. Bura əsasən, fəaliyyət göstərməyən iki fabrikin yerləşdiyi boş torpaq sahəsi idi. Onlardan biri kartof çipsi, digəri isə sabun istehsal edirdi.
Təəssüf ki, onları bağlamalı olduq. O vaxtdan bəri bir il ərzində biz bu mənzərəni buna çevirdik. İndi bu, investorlarımızın, dövlət və özəl sektor tərəfdaşlarımızın və bu səylərin arxasında duran inanılmaz komandanın dəstəyi olmadan mümkün olmazdı. Biz bunu tək etmədik və tək edə də bilməzdik. Bu imkandan istifadə edərək bu işdə əməyi olan bütün insanlara səmimi minnətdarlığımı bildirmək istəyirəm. Hər birinizə böyük təşəkkürlər”.
NURİYYƏ













