"Əsas hədəfimiz Azərbaycan iqtisadiyyatının mürəkkəbliyini artırmaqdır" - Mikayıl Cabbarov

 11:10 17.09.2026     89

“Bizim əsas hədəfimiz və iddialı məqsədimiz Azərbaycan iqtisadiyyatının mürəkkəbliyini artırmaqdır. Sadə dildə desək, bu, yalnız daha çox mal deyil, həm də daha çox əlavə dəyər yaradan mal və xidmətlər istehsal etmək deməkdir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “SABAH.city” innovasiya şəhərciyində Azərbaycan Respublikasınən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi. 

O vurğuladı ki, bu istedadın, texnologiyanın və ekosistemin birləşməsidir:

“Beləliklə, istedadın rolu, insanın rolu son dərəcə, mən deyərdim ki, mərkəzdədir. Bir şərtlə ki, lazımi tərkib hissələri və ekosistem mühiti yerində olsun. Həmçinin tamamilə aydındır ki, biz istedad tərifindən, savadlı və ya səriştəli işçi tərifindən danışırıqsa, bu, biz danışdıqca dəyişir. Düşünürəm ki, bu auditoriyanın və “Baku ID” fəlsəfəsinin ən böyük dəyəri məhz budur”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən