"Hökumət otaqdakı fil kimi ola bilər..." - Mikayıl Cabbarov

 11:19 17.09.2026     80

“Məhsuldarlıq birbaşa ekosistemlə bağlıdır və ona tətbiq olunur. Ekosistem dedikdə müəssisə ekosistemi, yurisdiksiya, əlaqəlilik nəzərdə tutulur.Bu, əlbəttə ki, daha böyük bir mövzudur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “SABAH.city” innovasiya şəhərciyində Azərbaycan Respublikasınən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi. 

Onun sözlərinə görə, Azərbaycan inkişafın zəruri makroiqtisadi, makromaliyyə, suveren ehtiyatlar və gələcək iqtisadi istiqamətin proqnozlaşdırıla bilməsi kimi şərtlərinin az-çox sabitləşdiyi və aydınlaşdığı mərhələsini başa vurub:

“Bu da bizə keyfiyyət üstünlüklərimizdən faydalanmaq imkanı verir. Buna görə də regionun ümumi artımı və kapitallaşması, hansı ki, Azərbaycan da təbii olaraq Cənubi Qafqaz və Mərkəzi Asiya kimi bu regiona aiddir və regionun ilk dəfə münaqişələrdən azad olması, bütün bu millətlərin suverenliyini bərpa etməsi faktı nəzərə alınmalıdır. Regionda və qlobal miqyasda yaşanan böhranlara baxmayaraq, Azərbaycan yurisdiksiyasının güclü davamlılığı mövcuddur.

Hökumətin həyata keçirməyə çalışdığı dəstəkləyici siyasət özəl sektora semantik olaraq daha çox diqqət yetirir. Çünki dərk edirik ki, bəzən hökumət otaqdakı fil kimi ola bilər. Hətta bu, çox yaxşı niyyətli bir fil olsa belə, o hələ də fildir. Qərarların qəbul edilməsi, dəqiqləşdirilməsi, məsuliyyətin bölüşdürülməsi və qərar qəbulu prosesindən keçmək üçün bizə daha çox vaxt lazım gəlir. Biz bəzən bir illik qısa tsikllərdə düşünürük. Buna görə də məhsuldarlığın artırılmasının və əlverişli mühitin yaradılmasının açarı, bizim möhkəm əminliyimizə görə, dövlət-özəl əməkdaşlıq formatının gücləndirilməsindədir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən