Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"

 13:16 17.09.2026     196

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) aşağı kurs tələbələrini təhqir və hədələdiyi iddia olunan tələbə universitetdən xaric edilib. Bəziləri bu qərarı müsbət dəyərləndirsə də, bəziləri tam əksini düşünür.

Maraqlıdır, bəs tələbənin universitetdən birbaşa xaric edilməsi düzgün addımdırmı?

Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin fikrincə, baş verən hadisənin təkcə bir universitet üçün deyil, həm də cəmiyyət üçün əhəmiyyət kəsb edən "Bilik Günü"ndə baş verməsi vəziyyəti ağırlaşdırır.

Müsahibimiz vurğuladı ki, hər bir universitetin özünün daxili intizam qaydası var:

"Artıq görünür ki, universitet bu daxili intizam qaydasını əsas gətirərək bu məsələ ilə bağlı çox ağır bir qərar verib. Düzdür, mən başa düşürəm ki, belə bir qərar bir tələbə üçün ağırdır, ancaq nəzərə almalıyıq ki, bu kimi tədbirlər görülməsə, o halda növbəti mərhələlər üçün digər tələbələrdə belə bir vəziyyət yarana bilərdi. Bu il təkcə ali təhsil müəssisələrinə 65 min qəbul olunan tələbə var. Bütün bunların valideynlərində yaranan gərginlik, xüsusilə yaranmış vəziyyətdən istifadəyə meyillər yarana bilərdi. Sosial şəbəkə üzərindən bu təhdidlər arta bilərdi".

Məzahir Məmmədlinin fikrincə, bu kimi baş verən hadisələrə zamanında qəti və konkret qərarlar verilməlidir:

"Mən şəxsən universitetin bu cür qərar verməsini – hər şeyi bir kənara qoysaq – ictimaiyyət üçün, cəmiyyət üçün və bugünkü müzakirə üçün faydalı hesab edirəm ki, bundan sonra artıq bu kimi hadisələrə rəvac verilməsin".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən