Müəllimlər, bu xəbər sizin üçündür: Respublika çempionatı KEÇİRİLƏCƏK - ŞƏRTLƏR

 15:08 17.09.2026     218

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi Azərbaycan dilində məktəb, lisey və kollec müəllimlərindən və inzibati işçilərindən ibarət olan komandalar üçün “Nə?Harada?Nə zaman?” oyunu üzrə Respublika çempionatını elan edir.

Redaktor.az xəbər verir ki, seçim oyunu 17 oktyabrda onlayn formatda keçiriləcək. Canlı final oyunu Bakı şəhərində 25 oktyabrda keçiriləcək. 

Kim iştirak edə bilər?

Bütün məktəb, lisey və kollec işçiləri.  Yaş limiti yoxdur.
İştirak üçün uyğun yaş qrupuna aid 6 nəfərdən ibarət komanda təşkil olunmalıdır (1 nəfər kapitan + 5 oyunçu). 

Yarışa qeydiyyat necə aparılılr?
Komandaların qeydiyyatı onlayn aparılır. Komanda üzvlərin bir təhsil müəssisəsindən olması mütləq deyil. Qeydiyyat üçün son tarix – 10 oktyabr saat 18:00-dır.

Bütün qeydiyyatdan keçən komandaların kapitanlarına 15 oktyabradək qeydiyyat vaxtı göstərdikləri elektron ünvanlarına (maillərə) məktub göndəriləcək. Həmin məktubda oyuna qoşulma qaydaları izah olunacaq. Əgər qeyd olunan tarixədək kapitan email qutusunda bizdən cavab görmürsə aşağıdakı addımlardan keçməlidir: 
1.    “Spam” qovluğunu yoxlamaq,
2.    Emaildə olan lazımsız məktubları silmək (ola bilsin ki, email dolub və məktub gəbul etmir)
3.    Qeydiyyat formasında öz emailini düzgün yazılıb-yazılmamasını yoxlamaq.

Yalnız bundan sonra təşkilatçılara müraciət edib, məktub gəlməməsi barədə məlumat verə bilərsiniz.
Qeydiyyat üçün seçdiyiniz emaili əvvəlcədən yoxlayın, onu işlək olduğuna əmin olun. 

Seçim turu necə olacaq?

Seçim turunda bütün qeydiyyatdan keçən komandalar iştirak edə bilər. Seçim 17 oktyabr  saat 21:00-da “Təhsil Oyunları Platformasının” "YouTube" kanalında onlayn keçiriləcək. Seçim 2 tur, hər turda 12 sualdan ibarət olacaq. Əgər bir neçə komanda eyni suala cavab versə, əlavə göstəricilərdən istifadə olunacaq (sualların reytinqi).

Final necə keçiriləcək?

Final 25 oktyabr Bakı şəhərində “Landmark” otelində təşkil olunacaq. Günün ilk yarısında bütün finalçılar “Nə? Harada? Nə zaman?” oyununda iştirak edəcək. Final 3 turdan ibarət olacaq. Finalçıları siyahısı Regional Təhsil İdarələrinə 19 oktyabrda göndəriləcək.

Oyuna necə hazırlaşmaq olar?

Keçirdiyimiz oyunların sualları ilə tanış olamaq üçün bizim Youtube kanalımıza abunə olun. Keçid linki: https://www.youtube.com/@EducationalGamesPlatform

Qeydiyyat formasını doldurmaq üçün bu linkdən istifadə edin:
https://forms.gle/bVqHoQFVN7PHqm7A7

Sual və rəylər üçün əlaqə:
E-mail: [email protected] 

Vumart və Güvən reklamı Vumart Güvən