Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ

 18:34 17.09.2026     166

Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində tədrisin iki növbəli təşkili ilə bağlı valideynlər tərəfindən səsləndirilən narazılıqla əlaqədar məsələ araşdılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı valideynlərlə müvafiq söhbətlər aparılıb, onların təklif və müraciətləri dinlənib:

"Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsində dərslər 1 növbədə keçiləcək. Hazırda tədrisin təşkili qanunvericiliyin və müvafiq normativ tələblərin müəyyən etdiyi qaydalara uyğun olaraq təmin edilir".

Vumart və Güvən reklamı Vumart Güvən