Bu STEAM mərkəzlərində vakansiya VAR

 12:15 18.09.2026     71

Şuşa, Şirvan və Sabirabad STEAM Mərkəzlərində təlimçi vəzifəsi üzrə vakansiyalar elan olunur.

Redaktor.az xəbər verir ki, vakansiya haqqında məlumatlar aşağıdakılardır.

Təlimçinin əsas vəzifələri:

• Şagirdlərin layihələrinin ekspertizası və qiymətləndirilməsi;

• STEAM Mərkəzində təlimlərin keçirilməsi və maddi-texniki bazadan səmərəli istifadə olunmasının təmin edilməsi;

• Region məktəblərinin şagirdləri üçün STEAM Mərkəzində ekskursiya və tanışlıq proqramlarının keçirilməsi;

• Şagirdlərin müxtəlif yarış və müsabiqələrə hazırlanması və iştirakının təmin edilməsi;

• Təlim prosesinin keyfiyyətli və effektiv şəkildə həyata keçirilməsi;

• Təlimlər zamanı müasir, interaktiv metodlardan, əlavə material və resurslardan istifadə edilməsi;

Namizədlərə tələblər:

• Kompüter elmləri, texniki fənlər, mühəndislik və ya əlaqəli sahədə ali təhsil;

• analitik düşünmə və problem həlletmə bacarıqları;

• əməkdaşlıq və effektiv kommunikasiya bacarıqları;

• çevik iş mühitinə və dəyişən proseslərə uyğunlaşma bacarığı;

• uşaqlarla işləməyə həvəsli, öyrətməyə və davamlı öyrənməyə açıq olmaq;

• STEAM və ya əlaqəli sahədə iş təcrübəsi üstünlükdür.

Son müraciət tarixi: 25 sentyabr 2026-cı il

Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

CV-nin mövzu hissəsində STEAM Mərkəzinin və müraciət edilən vəzifənin adı qeyd edilməlidir.

Nümunə:

Şuşa STEAM Mərkəzi - Təlimçi

Əməkhaqqı namizədin bilik, bacarıq və iş təcrübəsi nəzərə alınmaqla müsahibə mərhələsində müəyyən ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən