"Hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq" - Deputat

 22:00 18.09.2026     112

"Gərək çalışasan, öz üzərində işləyəsən, özünü inkişaf etdirəsən ki, iş tapa biləsən. Yoxsa hamını günahkar çıxarmaqla məşğul olacaqsansa, iş olmayacaq. Yəni burada yenə gəlib çıxıram ki, bu, bizim özümüzdən asılı olan məsələdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov feysbuk hesabında açdığı canlı yayım zamanı səsləndirib.

"Biz özümüz fəal olmalıyıq, özümüz inkişafda maraqlı olmalıyıq, özümüzü irəli aparmaq üçün çalışmalıyıq. Daim təlimlərdə, kurslarda, müxtəlif fəaliyyətlərdə iştirak edərək özünü inkişaf etdirməlisən. Yol budur. Məsələn, könüllü fəaliyyətlər var, müxtəlif platformalar və digər imkanlar mövcuddur. Əslində, bunların vasitəsilə özünüzü inkişaf etdirib daha da irəli aparmalısınız. Ona görə də deyinmək yox, real şəkildə daim üzərimizdə işləyərək özümüzü inkişaf etdirməyə ehtiyacımız var", - deyə o bildirib. 

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən