“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?” - Mütəxəssis tıxac problemindən YAZDI
"Tələbələrin dərsə gecikməsi onların özlərinin istəyindən asılı olaraq yaranmır. Nəqliyyat istiqamətində təmir və bərpa ilə əlaqədar yaranan problemlər, vaxtilə düzgün şəhər planlaşdırılmasının olmama səbəbindən şəhərin doyması və bundan irəli gələn sıxlıq və s. tələbələrin, hətta müəllimlərin də dərsə müəyyən qədər gecikməsilə nəticələnir".
Redaktor.az xəbər verir ki, bunu elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi feysbuk hesabında yazıb.
"Bəziləri də çıxıb danışmaq xatirinə danışır ki, tələbə dərsə 15 dəqiqə gecikirsə qaib yazılmalıdır və güzəşt edilməməlidir. İndi sual verirəm Boloniya sistemində bu, o qədər vacibdirmi?!
Mənsə deyirəm ki, tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz? Olmaz ki, 20-30 dəqiqə gecikməyə görə güzəşt edilsin? İstisna hal kimi bu güzəşti fürsətə çevirənlər cəzalandırılsın.
Paytaxtdan və Sumqayıtdan başqa respublikanın digər ərazilərində davamiyyətlə bağlı sıxıntı ən aşağı səviyyədədir. Tələbədən asılı olmadan yaranmış vəziyyətə görə onları günahlandırmaq və cəzalandırmaq gələcəyi məhv etməkdir".
Aytəkin TOFİQQIZI













