Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI

 11:23 21.09.2026     164

Məktəb müəllimlərinin sertifikatlaşdırılmasında tətbiq olunan mexanizm dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün də əsas götürüləcək.

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyanın “Pressinq” verilişində bildirib.

O qeyd edib ki, tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq. Prosesdə təxminən 12 min tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Sertifikatlaşdırmanın noyabr ayında keçirilməsi planlaşdırılır:

“Tərbiyəçi-müəllimlər proses barədə əvvəlcədən məlumatlandırılacaq və müvafiq dəvətlər təxminən bir ay əvvəl göndəriləcək”, - deyə E.Bağırov qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən